İllər əvvəl etdiyim böyük günahdan sonra tövbə etsəm də qəlbim rahatlıq tapmır, bunun çarəsi nədir?
Sual:
Əs sələm aleykum müəllim.Sizdən xahiş edirəm mənə ALLAH üçün kömək edəsiniz! Mən illərdir,ALLAHA qarşı bir dəfə etdiyim böyük bir günahdan dolayı qəlbim həm mənəvi həm fiziki rahatlıq tapmır!O əməli etdikdə qəlbimin fiziki və mənəvi burulub-daşlaşdığını hiss etmişdim.Fikirləşdim ki,zamanla keçər.Lakin illərdir düzəlmir!Bu səhvi edəndə məlun mənə vəs vəsə etdi ki,daha uca ALLAH səni bağışlamayacaq!Sonra əhli sünnəyə gəldim və o gün bu gün bi iznİlləh ibadətlərimi axsatmıram çox şükür ancaq əvvəllər azğın firqədə olsam da ALLAHA səcdə edərkən imandan qəlbim dəhşət genişlənirdi.ALLAHA və rəsuluna tabeyəm lakin niyə bu qəlbim sağalmır? Bunun çarəsi varmı? Dualar ibadətlərdən həz yoxdur.Çox məyus
Cavab:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Əvvəla bunu qeyd edək ki, illər əvvəl etdiyiniz günah nə olursa olsun, bu günahın böyüklüyü Allahın rəhmətindən böyük deyil. Uca Allah buyurur: "Qullarıma mənim bu sözümü de: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl Sözə tabe olun!" (əz-Zumər, 53-55). Ətraflı oxuyun: