Yoldaşım mənə qarşı diqqət və yaxınlıq göstərmir - nə etməliyəm?
Sual:
Salam.yoldaşım nə qədər gözəl xasiyyəti olsa da qadın kişi munasibətini cox sevmir,ele həvəsi olmur,daim kefsiz olur.işdən yorgun gəlir.anlayıram.əzizləmir,xüsusi jestlər etmir.zarafata istəyimi bildirdikdə deyir bugün yox.kenarda kimsəsi yoxdu bu dəqiqdir.lakin mən bezirəm belə həyatdan.bir qadın olaraq mən də dəyərli olmaq istəyirəm.ancaq uşaq ev uşaq ev.arada ikimizin birge harasa çixmasınį istədikdə deyir bəs uşaq?baxmağa adam var.bezirəm.hətta arada pis şeylərə baxmağa məcburam.günah oldugunu bilirəm.
Cavab:
Və aleykum Salam. Kişinin öz həyat yoldaşı ilə gözəl rəftar etməsi, ona vaxt ayırması və halal şəkildə onun mənəvi ehtiyaclarını nəzərə alması onun öz ailəsi qarşısında olan məsuliyyətlərindəndir və qadının bunları tələb etməsində heç bir qəbahət yoxdur. Bu barədə ətraflı oxuyun:
Haram görüntülərə baxmaq isə bu sıxıntıya görə halal olmur. Bundan çəkinib Allaha tövbə etməli və ailə daxilində məsələni həll etmək üçün səmimi söhbət, qarşılıqlı diqqət və lazım gəlsə, etibarlı ailə böyüyü və ya elm sahibinin vasitəçiliyindən istifadə etməlisiniz. Həmçinin oxuyun: