Andın kəffarəsi üçün ehtiyaclı ailələrə ərzaq yardımı edən səhifəyə pul göndərmək olarmı?

    03.10.2026
Kimdən: 
Günay
Sual: 
Salam aleykum. Andın pozulmasına görə kəffarə verərkən, ehtiyaclı ailələrə ərzaq yardımı edən səhifələrə pul göndərib, bu vəsilə ilə 10 nəfəri qida ilə təmin etmək doğru olarmı görəsən? Həmçinin 3 gün ard arda oruc tutmağı da düşünmüşəm
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, andın kəffarəsi ardıcıl olaraq verilir. Yəni on kasıbı yedizdirməyə imaknı olan şəxs oruca keçə bilməz. Oruc on kasıbı yedizdirməyə imaknı olmayanlara aiddir. 

Əgər sərf edilən vəsaitin həqiqətən on ehtiyaclı insanın yeməklə təmin olunmasına sərf ediləcəyinə əminsinizsə, etibarlı bir yardım təşkilatına və ya səhifəyə pul göndərib bu işi onlara həvalə etmək olar. Sadəcə "ərzaq yardımı" adı altında pul göndərmək kifayət deyil, kəffarənin şəriətə uyğun şəkildə məhz on kasıba çatdırılması təmin edilməlidir. Odur ki belə təşkilatlara müraciət edərkən verdiyiniz pulun məhz and kəffarəsi olduğunu bildirməlisiniz. Əgər yemək verməyə və ya geyindirməyə imkanınız yoxdursa, onda üç gün oruc tutursunuz. Uca Allah buyurur: "(Bunları) tapmayan kəs üç gün (ardıcıl) oruc tutmalıdır” (əl-Maidə, 89). Həmçinin oxuyun:
Allaha verdiyi vədi yetirə bilməyənin kəffarəsi nədir?

Paylaş: