Hamilə və ya uşaq əmizdirən qadın oruc tuta bilərmi?

    29.06.2014
Kimdən: 
menden)
Sual: 
Hamile qadin oruc tuta bilermi?
Cavab: 

Salam aleykum. Əgər hamilə qadının özünün və ya bətnindəki uşağının səhhəti ona oruc tutmağa maneçilik yaratmırsa, bu halda o, oruc tutmalıdır. Əgər hamilə qadın oruc tutduğu təqdirdə ona və ya uşağına zərər gəlməsindən qorxarsa, bu halda hamilə qadın oruc tutmaya bilər. Lakin hamiləlik bitdikdən sonra digər günlərdə buraxdığı günlərin qəzasını tutmalıdır. Həmçinin uşaq əmizdirən qadınlar da, əgər oruc tutduqları təqdirdə səhhətlərində problem yaranarsa, və ya südlərinin kəsilməsindən və uşaqlarının zərər görə biləcəyindən qorxarlarsa, oruc tutmaya bilərlər. Digər günlərdə tutmadığınız orucun qəzasını tutmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buna icazə vermişdir. (ən-Nəsai, 50-51, 62; İbn Macəh, 3). Həmçinin o (salləllahu aleyhi və səlləm), belə demişdir: "Allah yolçudan orucu və namazının yarısını götürmüşdür. Hamilə qadınlarla əmzikli qadınlardan da orucu götürmüşdür". (İmam Əhməd).
Uca Allah buyurur: "Müəyyən sayda olan günləri (oruc tutmalısınız). Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar). Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir". (əl-Bəqərə, 184).
Bu ayədə keçən "oruc tutmağa taqəti olmayanlar" oruc ağır gələn hər kəsə aiddir - istər xəstəlik, istər yaşlılıq, istər hamiləlik, səbəbindən olsun, fərq etməz. Əgər oruc tutduğu təqdirdə hamilə, yaxud uşaq əmizdirən qadınların özlərinə yaxud uşaqlarına zərər gəlməsi ehtimalı varsa, belə vəziyyətdə oruc tutmaları qadağandır. Uca Allah buyurur: "Özü­nüzü öldürməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir" (ən-Nisa, 29). Həmçinin buyurur: "Öz əlləri­nizlə özü­nü­zü təhlü­kəyə atma­yın(əl-Bəqərə, 195). 

Paylaş: