İşa namazı qəzaya qaldıqda nə etmək lazımdır?

    08.07.2014
Sual: 
assalamu aleykum qardawlar.men gece yatib qalmiwam iwa namazin indi subh namazi girib men neyneyim yol gosterin mumkunduse tez yazardiz.ALLAH razi olsun
Cavab: 

Aleykum salam. Yuxudan oyanan kimi dəstəmaz alıb qılmaq lazımdır. Bir neçə namazı vaxtında qıla bilmədikdə onları ardıcıl olaraq qılmaq lazımdır. İbn Məsuddan, Əbu Səid əl-Xudridən və Cabirdən (Allah onlardan razı olsun) gələn xəbərlərə görə: "Müşriklər xəndək savaşında dörd vaxt namaz qılmaqdan bizi məşğul etdi. Nəhayət gecənin bir vaxtında Rəsulullah (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) Bilala (Allah ondan razı olsun) azan verməsini əmr etdi. Bilal (Allah ondan razı olsun) azan oxudu və iqamə gətirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) zöhr namazını qıldırdı. Sonra Bilal (Allah ondan razı olsun) yenə iqamə gətirdi və Rəsulullah (salləllahu aleyhi və səlləm) əsr namazını qıldırdı. Sonra Bilal (Allah ondan razı olsun) təkrar iqamə gətirdi, Rəsulullah (salləllahu aleyhi və səlləm) məğribi qıldırdı. Sonra Bilal (Allah ondan razı olsun) yenə də iqamə gətirdi, Rəsulullah (salləllahu aleyhi və səlləm) işa namazını qıldırdı". (ət-Tirmizi; ən-Nəsəi, Əhməd ibn Hənbəl).
Namazı bilərəkdən qılmayıb qəzaya buraxmaq böyük günahdır. Huşu itirmək, yuxuya getmək, unutmaq və s. buna bənzər üzrlü səbəblərdən dolayı vaxtında qılınmayan namazlar, səbəb aradan qalxdıqda vaxt keçirmədən dərhal qılınmalıdır. 

Teqlər: 
Paylaş: