Qədr gecələri nə vaxtdır və oruclu ikən vəsvəsə gəlməsi barədə

    18.07.2014
Sual: 
2014 RAMAZAN ayinin qedr geceleri ne vaxtdi? oruclu iken seytanin yaratdigi vesvese yeni ozu ozune inamsizliq,yimediyi halda nese yeyibmis kimi hiss etmek orucu batil edir ya suabin azaldir? ve bu ne ile elaqederdir??? mumkunse cvblandirasiniz..
Cavab: 

Salam aleykum. Qədr gecəsi Ramazan ayının axır on gecəsindən biridir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qədr gecəsini rama­zanın son on gecəsinin tək gecələrində – ayın axırına doqquz, yaxud yeddi, ya­xud da beş gecə qalmış axtarın". (əl-Buxari, 2021). Yəni Ramazan ayının 21, 23, 25, 27 və 29-cu gecələrindən biri ola bilər.
Daha ətraflı: "Qədr gecəsi" surəsinin izahı

Oruclu olarkən vəsvəsə gəlməsi nə orucu pozur, nə də savabını azaldır. Bu kimi vəsvəsələr gəldikdə onlara fikir verməyib "əuzu billəhi minə-ş-şeytani-r-racim" deyərək digər işlərinizə davam edin. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36)

Teqlər: 
Paylaş: