Namazda hansı hissələr səsli deyilir?

    20.07.2014
Sual: 
Siz sayita namaz qilmaq haqqinda video yerlesdirmisiz ve o videonu izledim, sadece men namaz qilmiram ama etrafli melumat almaq isteyirem ki, bu qilinan namaz kisileremi aiddi? Videoda gosterilmisdir ki, ayagi nece qoymaq lazimdir ve avazla oxunurdu. Yeni insallah namaz qilacam bele avazlami oxumaliyam ve sureler bezi yerlerde ucadanmi deyilmelidi? Onceden tesekkurler
Cavab: 

Salam aleykum. Videodakı namaz qaydası həm kişilərə, həm qadınlara aiddir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hamı üçün bir namaz qılmaq qaydası göstərmişdir. Videoda təlim məqsədi ilə bütün hissələr səsli deyilib. Əslində bəzi hissələr səsli, bəziləri isə səssiz oxunmalıdır. Səsli namazlar sübh, məğrib və işa namazlarıdır. Bu namazlarda "Allahu əkbər", "Səmi Allahu limən həmidəh", "Əssələmu aleykum və rahmətullah" sözləri səslə deyilir. Həmçinin 1-ci və 2-ci rükətlərdə Fatihə ("Əlhəmdulilləəhi Rabbil-Aləmin" ayəsindən başlayaraq) və İxlas surəsi səsli oxunmalıdır. Bu surələri bacardığınız kimi avazla oxuyun. Yerdə qalan hissələr bərkdən deyilmir, amma dodaqlar tərpənməlidir.
Zöhr və Əsr namazları əvvəldən axıra qədər səssiz qılınır, burada da dodaqlar tərpənməlidir. Həmçinin, oxuyun:
Namaz qılmaq qaydası - VİDEO
Səssiz namazlarda hansı sözlər səslə deyilir?

Teqlər: 
Paylaş: