Qüsl alarkən bilmədən sol çiyindən başlayıb sonra sağ çiyinə keçmək qüslu pozurmu?

    22.07.2014
Sual: 
Assalamu aleykum. Menim refiqem qusul alarken bilmediyinden sol ciyinden sonra sag ciyine kecirdi. Indi bilmek isterdim onun qusulu, namazi batildi? Xahis edirem cavablandirin. Tesekkurler
Cavab: 

Aleykum salam. Əvvala onu qeyd edək ki, dinimizə görə bilmədən xəta etmək üzürlü haldır: "Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır".
Daha sonra qüslda ardıcıllığa riayət etmək vacib yox, sadəcə sünnədəndir. Ardıcıllıq olmadan adi qaydada çimsə də, yenə qüsul almış sayılır.

Teqlər: 
Paylaş: