Namazda olarkən səcdədə dua etmək doğrudur?

    01.01.2014
Sual: 
Namazda olarken secdede dua etmek dogrumudur?
Cavab: 
Salam aleykum. Namazda iki yerdə namazın sözlərindən sonra öz dilində dua etmək olar. Səcdə zamanı edilən dua: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Bəndənin Rəbbinə ən yaxın vaxtı səcdə halında olur, (səcdədə) duanı çoxaldın". (Muslim, 782). Namazın sonunda salamdan əvvəl edilən dua: Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soru­­şuldu: "Hansı dua ən tez qəbul olunur?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Gecənin axırında və fərz namazının sonunda edi­lən dua". (ət-Tirmizi, 3499).
Teqlər: 
Paylaş: