İmkan olmadıqda zöhr və əsr namazlarını işanın vaxtı girənədək qıla bilərəmmi?

    03.08.2014
Sual: 
Salam.men bilmek istiyirdim bamazi gunde 5vaxtda qiliram,eger imkan olmasa zöhr ve esr namazlarini saxlayib işa namazinin vaxti girenedek qila bileremmi?bu halda zohr namazini qeza etmis hesab oluram yoxsa olar bele etmek
Cavab: 
Aleykum salam. Zərurət halında, zöhr namazını əsr namazı ilə birləşdirmək olar. Həmçinin, məğrib namazını işa namazı ilə də birləşdirmək olar. Lakin zöhr və əsr namazlarını işa namazının vaxtına qədər gecikdirmək olmaz. Çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) səfərdə və ya müəyyən zərurət halında zöhr namazını əsr namazı ilə, məğrib namazını da işa namazı ilə birləşdirərdi. Zöhrlə əsr namazlarını isə işanın vaxtına qədər gecikdirməzdi. 
Teqlər: 
Paylaş: