Namazı kiçik yaşda qılmaq olarmı?

    01.01.2014
Sual: 
5 yawda namaz qilmaq olar?
Cavab: 

Salam aleykum. Bəli, bu, gözəl əməldir. Amr ibn Sələmə (Allah ondan razı olsun) belə demişdir: "Fəth hadisəsi baş verəndə hər bir dəstə İslamı qəbul etmələri haqqında xəbəri öz tayfasına çatdırdı. Atam da bizim tayfamıza İslamı qəbul etmələri haqqında xəbəri gətirdi və dedi: Allaha and olsun ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) anından haqq-ədalət ilə gəlmişəm. O dedi: Filan vaxt filan namazı, filan vaxt isə filan namazı qılın. Namazın vaxtı daxil olanda biriniz azan versin və Quranı daha çox bilən sizə imamlıq etsin. Onlar öz aralarında məndən daha çox Quranı bilən tapmadılar. Çünki, mən karvanların qarşısına çox çıxırdım. Onlar məni imam təyin etdilər. O vaxt mənim altı və ya yeddi yaşım var idi". (əl-Buxari).

Teqlər: 
Paylaş: