Yuxuda dünyasını dəyişmiş yaxın qohumu görmək nə məna verir?

    05.08.2014
Kimdən: 
Oqtay
Sual: 
Salam Aleykum . Mən Yuxuda Rəhmətə getmiş nənəmi gördüm və o sağ idi mənim dəniz kimi bir yerdə çimirdim məni yanina çağırdı ölürəm dedi . Sora mənim yanımda can verirdi onunla birgə Fatihə surəsini oxudum və o öldü .bu yuxu nə məna verir ?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə bilmək lazımdır ki, islama görə yuxular üç növdür: Uca Allahdan olan sevindirici yuxu, insanın fikirlərindən meydana gələn yuxu və şeytandan olan yuxu. Uca Allahdan olan yuxu aydın, insana ruh yüksəkliyi gətirən, müjdə verən yuxudur. Bu cür yuxular gördükdə Allaha həmd etmək və ümid etmək lazımdır. Həmçinin, insan bu yuxunu sevdiyi insanlara danışa bilər. İnsanın fikirlərindən və şeytandan meydana gələn yuxulara isə fikir vermək lazım deyildir. Pis yuxu gördükdə bilmək lazımdır ki, bu şeytandandır. Oyandıqda həmin yuxunun şərindən və şeytanın şərindən Uca Allaha sığınmaq lazımdır. Yuxu yozmağa gəlincə, hər görülən yuxunu yozmağa ehtiyac yoxdur. Yuxuda görülən hadisələr rəmzi məna daşıya bilər. Ona görə də hər bir yuxunu gerçəyə yozmaq da doğru deyildir. Həmçinin, bilmək lazımdır ki, yuxunu hər adam yoza bilməz. Daha ətraflı bu cavabı oxuyun: Yuxuda rəhmətə getmiş insanı görmək nə mənaya gəlir?

Paylaş: