Təhəccüd namazı haqda yaza bilərsinizmi?

    12.08.2014
Sual: 
Salam aleykum. Teeccud namazi saat necede qilinsa daha yaxsidi ve onu hec yatmadan qilmag olar? Men 2 ruket qiliram duzdu?
Cavab: 
Aleykum salam. Təhəccüd namazı gecə namazıdır. Gecə namazını işa namazından sonra sübh namazının vaxtına qədər qılmaq olar. Lakin onun ən fəzilətli vaxtı gecənin son üçdə birində qılmaqdır. Gecənin üçdə bir hissəsini hesablamaq üçün günbatan vaxtdan sübh namazına qədər olan vaxtı üç hissəyə bölür və axırıncı hissənin vaxtını götürürsünüz. Gecə namazı iki-iki rükət qılınaraq on üç rükətə qədər qılınır. Sonuncu tək rükət vitr namazı sayılır. Yəni iki və ya dörd, altı, səkkiz, on, on iki və sonda bir rükət vitr qılınır. Daha ətraflı:
Vitr, gecə və təhəccüd namazları hansılardır və necə qılınır?
Dəstəmaz və təhəccüd namazı haqqında

Gecə namazı necə qılınır?
Teqlər: 
Paylaş: