Oruclu halda şəhvətlənənin orucu pozulurmu?

    14.08.2014
Sual: 
Salam Aleykum. Mən oruclu halda nə qədər bu şəhvətə qapanma halından qaçsam və "əuzi billəhi minəş şeytanir racim" desəm də qısa müddətli şəhvətə qapanmalar halı yaşadım və paltarım biraz islandı. Bunun qəzasını yenidən tutmalıyam? Və kəffarəsi var?
Cavab: 

Aleykum salam. Şəhvət nəticəsində cinsiyyət üzvündən özündən asılı olmayaraq çıxan sperma və ya məzi (şəffaf maye) orucu pozmur. Əgər sperma qəsdən çıxarılarsa, oruc pozulur. Həmçinin, orucu pozan amillərlə bağlı daha ətraflı bu linki oxuyun: Ramazan orucu

Paylaş: