Oruclu halda su başına çıxdıqdan sonra yuyunmamaq orucu batil edirmi?

    30.08.2014
Sual: 
salam oruclu adam uzr isdeyirem sidiye gederse ve yuyunmazsa orucu batil olurmu?
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz hal orucu pozmur. Amma paltarı nəcisə bulaşmış halda gəzmək bəyənilmir. Xüsusən də, bu şəkildə namaz qılmaq olmaz. Müsəlman imkan daxilində hər bir məsələdə təmizliyə riayət etməlidir. Uca Allah Qurani-Kərimdə buyurur: "Allah da pak və təmiz olanları sevir". (ət-Tövbə, 108).
Peyğəmbər (salallahu aleyhi və səlləm) belə buyurur: “Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı (tərəzi) doldurar. “Subhənallahi va-l-həmdu lilləhi” göylərlə yer arasını doldurarlar. Namaz bir nurdur. Sədəqə bir burhandır. Səbr bir işıqdır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir”. (Muslim, Kitəbu-t-Taharə, 1).

Teqlər: 
Paylaş: