İşimlə bağlı zöhr namazını gecikdirib əsrin vaxtı girdikdən sonra qıla bilərəmmi?

    04.09.2014
Kimdən: 
melek
Sual: 
Salam,zohr namazini saxlayib esr namazin vaxti girdikden sora qila bileremmi işimle bagli serait olmadigi ucun bu bir yol sayila bilermi?
Cavab: 

Aleykum salam. Namazları vaxtı girən kimi qılmağın savabı daha çoxdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bu haqda belə buyurub: "Əməllərin ən xeyirlisi vaxtında qılınan namazlardır". (əl-Buxari "Məvaqit", 162). Heç bir üzürlü səbəb olmadan namazların vaxtlarını gecikdirərək son vaxtında və ya vaxtı çıxdıqdan sonra qılmaq yaxşı hal sayılmır. Uca Allah buyurur: "Namazları və xüsusi ilə də (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Zərurət halında, zöhr və əsr yaxud da məğrib və işa namazlarını birləşdirib bir yerdə qılmaq olar, amma bu, adət halını almamalıdır. Bu xüsusda Uca Allah belə buyurur: "Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər". (əl-Bəqərə, 286).

Teqlər: 
Paylaş: