Qaş və üz tüklərini almaq günahdır?

    14.09.2014
Sual: 
Salam aleykum .men ewitmiwemki qaw almaq gunahdi ve buna gorede qawimi almiram.ama Cenenin altinda tukler bitir pis gorunur dodagimin UST terefinde tukler bitir onlari aliramm bu gynahdirmii???
Cavab: 

Aleykum salam. Qadının qaşını alması da ən böyük günahlardan sayılır, çünki, qaşını alan qadın lənətlənmişdir. Allahın və ya Peyğəmbərin lənətlə hədələdiyi əməllər böyük günah sayılır. Lənət sözünün mənası isə "Allahın rəhmətindən uzaq olmaq" deməkdir.  Rəvayət edilir ki, bir gün Abdullah ibn Məsud (Allah ondan razı olsun) dedi: "Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin". Bu xəbər Bənu Əsəd qəbiləsindən olan Ummu Yaqub adlı bir qadına çatdıqda, o, İbn Məsudun yanına gəlib dedi: "Mənə xəbər çatdı ki, sən belə-belə lənətlər oxuyursan". İbn Məsud dedi: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) lənət oxuduğu və Allahın Kitabında qeyd olunan kimsəyə mən necə lənət oxumayım!?" Qadın dedi: "Mən bu iki lövhə arasında (yəni Quranda) olanları oxudum, amma sənin dediklərinə rast gəlmədim". İbn Məsud dedi: "Əgər sən onu diqqətlə oxusaydın, rast gələrdin. Məgər sən:"...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin..." (əl-Həşr, 6) ayəsini oxumamısan?" Qadın dedi: "Bəli, oxumuşam". İbn Məsud dedi: "Bu əməlləri də məhz Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadağan etmişdir". Qadın dedi: "Axı mən sənin zövcənin bunları etdiyini görmüşəm". İbn Məsud dedi: "Get, yaxşı-yaxşı bax!" Qadın gedib baxdıqda, onun zövcəsinin qaşlarında heç bir dəyişiklik görmədi. İbn Məsud dedi: "Əgər bu qadının dediyi kimi olsaydı, mən zövcəmlə yaxınlıq etməzdim". (əl-Buxari "Libas", 84; Muslim "Libas", 120).
Həmçinin Abdullah ibn Məsud rəvayət etmişdir ki, gözəl görsənmək üçün Allahın yaratdıqlarına dəyişiklik edərək döymə döyənə və döydürənə, qaş aldıranlara Peyğəmbər lənət etmişdir. (ət-Tirmizi, 3010).
Uca Allah buyurur: "(Şeytan dedi:) Mən onları mütləq (doğru yoldan) azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik etməyi əmr edəcəyəm". Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır". (ən-Nisa, 119).

Üz tüklərini almaqla bağlı isə qadağa bildirilməyib.

Teqlər: 
Paylaş: