Namaz qılmayanla evlənmək olarmı?

    17.09.2014
Sual: 
Selamunaleykum namaz qilmayanla evlenmek olar? Hedisler alimlerin sozleri varsa yazinda zehmet olmasa.cezakallahu xayran
Cavab: 

Aleykum salam. Namaz qılmayanla evlənmək olar, amma Peyğəmbər (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olanlarla evlənməyə təşviq etmişdir. Həmçinin, bu, imanın zəifləməsinə gətirə bilər, bu isə çox təhlükəlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dörd şeyə görə qadınla evlənməyə dəyər: var-dövlətinə görə, əsil-nəsəbinə görə, gözəlliyinə görə və bir də dininə görə. Çalış dindar olanı seçəsən, yoxsa yazıq olarsan". (əl-Buxari, 5090).
O, həmçinin demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr (Allah onlardan razı olsun) dedilər: "Ey Allahın Elçisi (salləllahu aleyhi və səlləm)! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrar etdi". (ət-Tirmizi, 1084, 1085). Həmçinin oxuyun:
Nikah bağlamağın qaydaları 
Nişanlım namaz qılmırsa, kəbin düzgün sayılırmı? 

Teqlər: 
Paylaş: