Müalicə məqsədilə içki içmək haqqında

    26.09.2014
Sual: 
salam aleykum men ickiye tovbe etdim amma sonra mecburen derman evezi icdim indi men gunah etmiwem meni tanrim bagiwlayar ? xaiw cavab yazin
Cavab: 

Aleykum salam. Uca Allah içki içməyi bütün hallarda haram buyurmuşdur, ona görə də, sizin etdiyiniz günahdır və tövbə etməlisiniz. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici (içki) də, qumar da, (tapınmaq məqsədilə) dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?" (əl-Məidə, 90-91).
Haram şeylərlə müalicə olunmaq olmaz. Tariq ibn Suveyd əl-Cufi (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) araq haqda soruşdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu ona qadağan etdi və ya onu düzəltməyi bəyənmədi. Tariq (radıyəllahu anhu) dedi: "Mən onu müalicə üçün düzəldirəm!" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurdu: "O dərman deyildir. Lakin o, xəstəlikdir!" (Muslim, 5256).
Siz də digər dərmanlardan istifadə etməlisiniz, çünki Uca Allah hər bir xəstəliyin dərmanını da yaradıb. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər bir xəstəliyin bir dərmanı var. Əgər dərman xəstəliyə toxunarsa, Allahın izni ilə Şəfa tapar". (Muslim).
Əbu Dərdanın (Allah ondan razı olsun) rəvayətinə görə peyğəmbərimiz belə demişdir: "Şübhəsiz ki, Allah xəstəliyi də, şəfasını da və hərd dərdin dərmanını da yaratdı. Allahın yaratdığı bu şəfalı dərmanlarla müalicə olmağa çalışın. Ancaq haramla müalicə olmağa cəhd etməyin". (Əbu Dəvud).
Həmçinin oxuyun: Tövbə etsəm, Allah bağışlayarmı?

Teqlər: 
Paylaş: