Namaz qılanlara söyüş söymək, qızlarla əlaqədə olmaq olmaz?

    13.10.2014
Sual: 
salam eger namaz qiliramsaa men soyus soye bilmerem hansisa bir qiza baxa bilmerem cinsi elaqede ola bilmeerem??bunlar daima bir cooxx adamlarda irad tutulan weylerdii buna deqiq cvb vererdizde
Cavab: 

Aleykum salam. Söyüş söymək, ailədən kənar cinsi əlaqə (zina) və s. Uca Allahın haram buyurduğu və axirət əzabına səbəb olan əməllər olmaqla bərabər, həm də insanı cəmiyyətdə hörmətdən salır, rüsvayçılığa aparır, qəlbini sıxır, duasının qəbul olunmasına mane olur, ruzisinin bərəkətini aparır və s. zərərlər verir. Daha ətraflı:
Günahların insana nə kimi zərərləri var?
Belə pis işlərdən qorunmağın yolu isə namaz qılmaqdır. Uca Allah buyurur: "Quranda sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkindirər". (əl-Ənkəbut, 45).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Uzun bir səfərə çıxmış bir kişi saçları dağınıq, paltarı tozlu halda əllərini səmaya uzadaraq: "Ey Rəbbim! Ey Rəbbim" deyər, lakin yediyi haram, içdiyi haram, geydiyi haram, haramla bəslənən olsa, beləsinin duası necə qəbul olunsun?" (Muslim, 1686). Həmçinin oxuyun:
Zina haqqında
Müsəlmanı söymək barəsində hədislər yaza bilərsinizmi? 

Paylaş: