"Bismilləh" deyilmədən kəsilən ətləri "bismilləh" deyib yemək olarmı?

    24.10.2014
Sual: 
Salam aleykum. Bir muselman bismilleh deyilmeden kesilen eti bismilleh deyin yese o et halal olurmu? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. Əgər bismilləh sözü qəsdən deyilməyibsə və ya əminsiniz ki, kəsiləndə bismilləh deyilməyib, onda yemək olmaz. Ətin üzərində bismilləh deyilib-deyilməməsi müəmmalıdrsa, bu zaman özünüz bismilləh deyib yeyə bilərsiniz. Aişə (Allah Ondan razı olsun) belə rəvayət edir: "Bir qrup insanlar Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək dedilər: "Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik”. Peyğəmbər (salləllahu aleyhi  və səlləm): "Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin". Onlar İslamı yeni qəbul etmiş kimsələr idi". (əl-Buxari, 2057).
Kitab əhlinin (yəhudi və xaçpərəstlər) kəsdiyi isə istisnadır. Onların kəsdiyi yeyilir: "Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır...". (əl-Madiə, 5). İbn Abbas (radıyəllahu anhumə) bu ayənin təfsirində deyir ki, "buradakı, "yemək" sözü – onların kəsdikləri heyvanların ətləridir". Həmçinin başqa üsullarla, qanı axıdılmadan öldürülən (küt alətlə vurulan, elektrik cərəyanı ilə öldürülən və s.) heyvanların da ətini yemək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qanı axıdılmış və Allahın adı zikr edilərək kəsilmiş heyvanların ətindən yeyin". (əl-Buxari).
Həmçinin oxuyun: Üzərində "bismilləh" deyilmədən kəsilən heyvanların ətlərini yemək olarmı?

Paylaş: