Məğrib namazının vaxtı nə qədərdir?

    24.10.2014
Sual: 
Salam aleykum. Megrib namazin vaxti ne qederdir? Bezileri deyir ki , hava qaraldi artiq Isa namazinin vaxtidir.Zehmet olmasa bir az etrafli melumat vererdiniz.Allah razi olsun.
Cavab: 

Aleykum salam. Abdullah ibn Amrdan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Zöhr namazının vaxtı günəşin zenitdə olmasından başlayır, insanın kölgəsinin özü boyda olmasınadək, yəni əsr namazının vaxtı girənədək davam edir. Əsr namazının vaxtı isə günəşin qızarmamasınadək, məğrib namazının vaxtı isə axşam şəfəqlərinin itməsinədək davam edir. İşa namazının vaxtı isə gecənin tam yarısına kimidir. Sübh namazının vaxtı isə dan yeri söküləndən başlayır, ta günəşin çıxmasına kimi davam edir". (Muslim).
Bu hədisin şərhində alimlər məğrib namazının vaxtı ilə bağlı fərqli fikirlər söyləyiblər. Alimlərin əksəriyyətinin rəyinə görə "axşam şəfəqlərinin itməsi" qışda məğrib namazının vaxtı girdikdən sonra təxminən 40-45 dəqiqə, yayda isə 1 saat və ya 1 saat 15 dəqiqə hesablanır. Bu vaxtlardan gec qılanlar qəzaya düşmüş sayılırlar. Digər alimlər isə deyiblər ki, məğrib namazının vaxtı işa namazının vaxtının girməsinə qədərdir. Deyilən 40-45 dəqiqə və ya 1 saat isə daha fəzilətli (savablı) vaxtdır. Həmçinin oxuyun:
Zöhr namazının vaxtı ilə bağlı hədisi mənə izah edə bilərsinizmi?

 

Teqlər: 
Paylaş: