Peyğəmbərin səhabə qadını cənnətlə mujdələdiyi hədisi yaza bilərsinizmi?

    02.11.2014
Kimdən: 
Elsever
Sual: 
Salam. Peygemberin sehabe qadini cennetle mujdelediyi hedisi yaza bilersinizmi?
Cavab: 

Aleykum salam. Rəvayət edilir ki,
Səhabələrdən biri hər sübh namazına gələrkən namazı qılıb tez çıxarmış, Rəsulullah (sallallahu aleyhi və səlləm) bir gün bu səhabəyə deyir ki, sən niyə hər gün sübh namazın qılıb tez çıxıb gedirsən? Heç zikr etməmiş durub gedirsən. Səhabə deyir ki, ey Allahın Rəsulu! Mənimlə zövcəmin bir əbamız (geyimimiz) var, mən tez namazı qılıb gedirəm ki, evdə zövcəm də paltarı geyinib namazını qılsın. Rəsulullah (sallallahu aleyhi və səlləm) o səhabəyə bir əba verir və deyir ki, apar ver zövcənə, o da geyinib evdə rahat namazını qılsın və sən də namaza rahat gəl-get. Səhabə geyimi zövcəsinə gətirir və deyir: götür bu geyimi, Allah Rəsulu verdi. Zövcəsi deyir: sən Allahdan Allahın Rəsulunamı şikayətmi etdin? Al bu geyimi və geri qaytar, Allah bizi imtahana çəkir. Səhabə geyimi qaytararaq Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına gəlir və baş verənləri ona danışır. Rəsulullah (sallallahu aleyhi və səlləm) buyurur ki, get zövcəni Cənnətlə müjdələ. Səhabə evinə geri dönərkən görür ki, artıq zövcəsi dünyasını dəyişib. (Buxari, Muslim, İbn Məcə, Tirmizi, Əbu Dəvud, Nəsəi, Əhməd).

Teqlər: 
Paylaş: