Gün ərzində yeddi dəfə İxlas surəsini oxumaq olar?

    06.01.2014
Sual: 
Salam aleykum gun erzinde 7 defe ixlas suresin oxumaq olarda bu yaxsi seydi elemi?
Cavab: 
Aleykum salam. Gün ərzində istədiyiniz sayda istədiyiniz surəni oxuya bilərsiniz. İxlas surəsini oxumağın fəziləti haqqında aşağıdakı hədislər rəvayət edilir. Əbu Hureyra buyurur: "Allah Elçisi (salləllahu aleyhi və səlləm) ilə birlikdə bir yerə gəldik. Allah Elçisi bir kişinin: "De: "O Allah Təkdir! Allah Möhtac deyildir" (əl-İxlas surəsini) oxuduğunu eşidərək dedi: "Vacib oldu!" Mən: "Nə vacib oldu?" - deyə soruşdum. O: "Cənnət" - deyə cavab verdi".
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim "De: "O Allah Təkdir" (İxlas surəsini) sonuna qədər on dəfə oxuyarsa, Allah ona Cənnətdə bir qəsr tikər".
Surə haqqında daha ətraflı bu məqaləni oxuyun: Quranın üçdə birinə bərabər olan surə
Teqlər: 
Paylaş: