Qeyri müsəlman qadınların yanında hicabı açmaq olarmı?

    19.11.2014
Sual: 
Salam aleykum, menim bir derzim var rusdu ama burda yasayir qadindi. Onun meni basiacig gormeye izni var?
Cavab: 

Aleykum salam. Qeyri-müsəlman qadınların yanında hicabı açmaq olar, çünki hicab naməhrəmlərin yanında örtülməlidir. Dinindən asılı olmayaraq bütün qadınlar bir-birinə məhrəmdir. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər...". (ən-Nur, 31).

Teqlər: 
Paylaş: