Qədərimiz əvvəlcədən yazılıbsa, belə çıxır ki, günahımız yoxdur?

    25.11.2014
Sual: 
SALAM ELEYKUM siz yazmissinizki allah bendenin qismetini ve taleyini ozu yazir bes biz gunah isler ne ucun edirik mence insan oz taleyini ozu yazir eger biz im taleyimiz onceden yazilibsa bizim gunahimiz yoxdu xais edirem mene bu barede aydin bir cavab yazasiz
Cavab: 

Aleykum salam. Uca Allah öz elmi ilə hər kəsin hansı əməlləri edəcəyini bilərək yazmışdır. Lakin insanlar əməlləri öz seçimləri ilə edirlər və buna onları heç kim məcbur etmir. Əgər məcburiyyət olsa idi, Qiyamət günü sorğu-sualın mənası olmazdı. Ona görə də hər kəs öz əməllərinə görə məsuliyyət daşıyır və əməllərinə görə hesab verəcəyini bilməlidir. Allah bizə doğru ilə səhvi ayırd etmək üçün ağıl, eşitmə və görmə qabiliyyəti vermişdir. Heç ağıllı insan da oğurluq edib sonra: "bunu Allah mənim qədərimə yazıb" - deyərmi? Əgər o belə desə, insanlar yenə də onu üzürlü hesab etməz, əksinə, cəzalandırılar və deyilər ki, elə bu cəzanı da Uca Allah sənin qədərinə yazmışdır. Qədəri dəlil götürmək, yaxud onunla üzrxahlıq etmək olmaz. Uca Allah buyurur: "Müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız müşrik olar və nə də biz bir şeyi haram edə bilərdik. Onlardan əvvəlkilər də öz peyğəmbərlərini belə təkzib etmişdilər...". (əl-Ənam, 148). Daha ətraflı: Qədəri bəhanə gətirənlərə cavab

Paylaş: