Masturbasiyadan qurtulmaq üçün tibbi müalicə almaq olarmı?

    28.11.2014
Kimdən: 
Elvin
Sual: 
Salam aleykum,mən masturbasiya ilə davamlı məşğul oluram dayandırmaq çox çətin hala gəlib məndə və bu mənim sağlamlığıma çox zərərlidir.Ümumiyyətlə masturbasiya ilə məşğul olduqda enerji itirilir,psixi xəstəliklər,depressiya və s. yaranır.Mən masturbasiya ilə bağlı müalicə almaq istəyirəm.Yəni dərman atmaq və ya maz çəkmək istəyirəm.Ancaq bəzi din adamlarının dediyinə görə şəhvət hissin süni yolla cilovlamağa icazə verilmir.Belə olan halda mən nə etməliyəm? Buna həqiqətən icazə verilmir?
Cavab: 

Aleykum salam. Bu vəziyyətdən qurtulmağın yolunu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə bildirmişdir: "Ey cavanlar topluluğu, sizdən evlənməyə gücü çatanlar evlənsin, çünki evlilik gözü harama baxmaqdan son dərəcə saxlayan, iffəti də ən yaxşı qoruyandır. Evlənmə məsrəfinə də gücü çatmayan kimsə oruc tutsun, çünki oruc şiddətli bir şəhvət qırıcıdır".  (İbn Məcəh: "Nigah", 1).
Həmçinin gözünüzü haramdan çəkin və şeytanın bu cür vəsvəsələrindən qorunmaq Allahı çox zikr edin. Daha ətraflı: Günahdan necə əl çəkim?

Teqlər: 
Paylaş: