"Qiyamətə yaxın geyimləri olsa da, çılpaq görsənən qadınlar" haqqında hədisi yaza bilərsinizmi?

    03.12.2014
Kimdən: 
Sənubər
Sual: 
Salam Aleykum. Qiyamətə yaxın eyinlerinde geyimləri olsa da qadınlar çılpaq kimi görsənəcəklər hədisini dəqiqliklə və etrafli yaza bilərsinizmi?
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (səlləllahu aleyhi və səlləm) demişdir: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyinmiş, lakin çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hürgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan-filan məsafədən hiss edilir". (Muslim).

Alimlər bu hədisdə işlədilən ifadələrlə bağlı aşağıdakı şərhləri bildiriblər:
"geyinmiş, lakin çılpaq görünən" sözü ilə bağlı:
- Bədənlərinin bir hissəsini açaraq gözəlliklərini göstərənlər
- Şəffaf, bədənlərini göstərən paltar geyinənlər
- Dar, əzaları bildirən paltar geyinənlər

"pisliyə meyl edən və meyl etdirən" sözü ilə bağlı:
- cəlbedici yerişlə və çiyinlərini oynadaraq gəzənlər
- zinətlərini gizlətməyənlər
- gözəlliyini göstərərək kişiləri şirnikləndirənlər

"başları dəvənin hürgücünə bənzəyən" sözü ilə bağlı:
- başlarını müxtəlif örtük və ya vasitələrlə böyük göstərənlər
- naməhrəmlər olan yerdə gözlərini aşağı salmaq əvəzinə onların gözünün içinə baxanlar

Teqlər: 
Paylaş: