Aşağıdakılardan hansı hallarda kəbin pozulmuş sayılır?

    14.12.2014
Sual: 
kebin hansi hallarda pozulur mutleq kisi deseki bosaniram pozulur yoxsa nece. bu sozu qadin dese pozulurmu. eger qiz valideyni nisanli oldugu halda kesilen kebine esebi olub halalliq vermese nece olur.
Cavab: 

Salam aleykum. Ümumiyyətlə talaq (boşanma) məsələsi çox ciddidir və ona məsuliyyətsiz yanaşmaq olmaz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Məcəh, 2039).
Boşanma qadın yox, kişi tərəfindən həyata keçirilir. Həmçinin, kəbin olandan sonra qızın valideyni qəzəbindən dolayı kəbinə narazıçılıq edib halallıq verməzsə, bu kəbinə təsir edib onu pozmur. Həmçinin oxuyun: Kişinin qadına "səni boşayıram" deməsi, daha sonra bunu etməməsi haqqında

Teqlər: 
Paylaş: