Mətbəxdə namaz qılmaq olarmı?

    14.12.2014
Sual: 
metbexde namaz qilmaq olar
Cavab: 

Salam aleykum. Bəli, mətbəxdə namaz qılmaq olar. Namazı yalnız iki yerdə qılmaq olmaz -- Ayaqyolu və qəbirstanlıqda. Bunlardan başqa, murdar şeylərə bulaşmamış hər yerdə namaz qılmaq olar. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Mən altı şeylə Peyğəmbərlərdən üstün edilmişəm: Mənə mənası geniş olan sözlər bəxş edilmişdir. Mənə (düşmənin qəlbinə) qorxu salınmaqla kömək verilmişdir. Qənimət mənə halal edilmişdir. Yer üzü mənim üçün paklıq və səcdəgah edilmişdir. Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın...". (əl-Buxari "Namaz" 427; Muslim "Məscidlər və namaz qılınan yerlər" 521; ən-Nəsai "Qüsl və təyəmmüm" 432; Əhməd, 3/304; əd-Darimi "Namaz" 1389).

Teqlər: 
Paylaş: