Zərurət halında kişi naməhrəm qadına toxuna bilər?

    23.12.2014
Sual: 
Salam aleykum. Namehrem kişinin qadına toxunması haramdır. Bəs əgər qadın həyati təhlükəli vəziyyətdədirsə (çayda və ya dənizdə batırsa,yanan evdə qalıbsa və s.) və o qadına məhrəm olan adamlardan heçkim orda yoxdursa qadını həmin vəziyyətdən naməhrəm kişinin xilas etməsinin hökmü nədir? Yəni naməhrəm kişi qadına toxunaraq xilas edə bilər? Çox sağ olun.
Cavab: 

Aleykum salam. Naməhrəmə toxunmaq haram olsa da, dediyiniz kimi zərurət hallarında buna icazə verilir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır". (İbn Məcəh, 2043-2045).
Buna misal olaraq aşağıdakı ayəni göstərmək olar: "O (Allah) sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kəs (harama) meyl etmədən və həddi aşmadan (naəlac qalıb) (bunlardan yeməyə) məcbur olarsa, bu ona günah hesab edilməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir". (əl-Bəqərə, 173).

Teqlər: 
Paylaş: