Son zamanlar Allah sevgisini qazanmağa çalışıram, sevgilimlə isə soyuq danışıram...

    01.01.2015
Sual: 
Salam men bir sual verim allah sevgisi her insana mexsusdu menimde qelbimde var ama 1hefte olarki dine marag artib sevgilimnende 1heftedi soyug ve kobud danisiram itirmekden qorxmuram ancag allahi sevmek ve onun sevgisine laiq olmag ucun yasayiram aciglama verin xais
Cavab: 

Aleykum salam. Allahın dediyi kimi yaşamaq və onun sevgisinə nail olmaq hər birimizin həyatda ən əsas məqsədi olmalıdır. Uca Allah buyurur: "De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur!" (əl-Ənam, 162).
Həmçinin Allahı sevməyin əlaməti Onun Rəsuluna (salləllahu aleyhi və səlləm) tabe olmaq və onun bizə nümunə göstərdiyi kimi yaşamaqdır: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Amma dünya həyatını və dünyadakı Allahın halal buyurduğu nemətləri tamamilə tərk etmək qadağandır və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yoluna ziddir. Uca Allah buyurur: "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma". (əl-Qasas, 77).
Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) evinə 3 nəfər gəldi və birincisi dedi: mən daim ibadət edəcəyəm və yatmayacağam, digəri dedi: mən il boyu oruc tutacağam, üçüncüsü isə mən heç vaxt evlənməyəcəyəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu eşidəndə dedi: Vallahi, mən sizin ən çox Allahdan qorxanınızam, lakin mən gecənin bir qismi ibadət edir, bir qismini də dincəlirəm, ilin müəyyən günlərində oruc tutur və müəyyən günlərində isə tutmuram və nəhayət evlənirəm. Bu yolu tutmayanlar məndən deyildir". (əl-Buxari, 5063; Muslim, 1401; Hafiz ibn Həcər "Fəthul-Bari", 9/105-106).
Bu səbəbdən evlənmək də vacib əməllərdəndir. Amma sizin qeyd etdiyiniz əlaqə haramdır. Bir-birinizi sevirsinizsə və ailə qura bilərsinizsə, tövbə edərək islami qaydalara əsasən ailə qurun, əks halda səbr edin. Daha ətraflı: Nigah bağlamağın qaydası

Həmçinin oxuyun: Allah sevgisini necə qazanmaq olar?

Paylaş: