Şirkdən başqa günah sahibləri Cəhənnəmdən çıxacaqlarmı?

    29.12.2014
Kimdən: 
Xanlar Lachinov
Sual: 
Assalamu Aleykum. Size bele bir sualim var. Shirkden bashqa gunah sahibleri Cehennemden chixacaqlarmi? Eger chixacaqlarsa, hech olmasa buna bir aye ve bir hedis delil getirerdiniz imkandirsa....
Cavab: 

Aleykum salam. Bəli, şirk və küfrdən başqa günah sahibləri Allahın izni ilə Cəhənnəmdən çıxacaqlar. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisa, 48).
Hədisə gəlincə, Cabirdən (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belә buyurdu: "Ümmətimdən bir qrup insan günahlarına görə əzab görəcək və Allahın dilədiyi qədər cəhənnəmdə qalacaqlar. Sonra şirk əhli onları lağa qoyaraq belə deyәcәklәr: "Təsdiqinizin və imanınızın sizə fayda vermədiyini görürük...". Bundan dərhal sonra Allah, Cəhənnəmdən bütün tövhid әhlini çıxaracaq... Sonra Allahın Rәsulu (salləllahu aleyhi və səlləm) bu ayəni oxudu: "Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar". (əl-Hicr, 2). (əl-Heysәmi "Mәcmәu-z-Zәvaid", 10/382 ). Həmçinin oxuyun: Cəhənnəmdən çıxanlar olacaqmı?

Paylaş: