İmtahanda köçürtmək olarmı?

    10.01.2015
Kimdən: 
Günel
Sual: 
Salam...Orta ve ya Ali mektebde imtahan olan vaxt bir şexsin başqasından sualın cavabını köçürtmesi haramdır?
Cavab: 

Və aleykum Salam. İmtahanda köçürmək aldatmanın bir növüdür. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən (mənim ümmətimdən) deyil". (Səhih Muslim "İman", 164, 1/99; əd-Darimi, 2/323; "Musnəd", 2/50; İbn Məcəh, 2/749).
Hədisin mənası ümumidir. Alış-verişdə, nəsihət etməkdə, söz verərkən, əmanətdə aldatmaq, imtahanlarda və digər şeylərdə aldatmaq bura daxildir. Həmçinin imtahanda qəbul yerləri məhduddursa, köçürərək qəbul olanlar, özlərindən daha savadlıların yerlərini tutaraq onların haqqına girmiş olurlar, bu isə qul haqqına aiddir. Daha ətraflı: Qul haqqı barədə

Paylaş: