Qaş almaq barədə səhih hədis varmı və mömin qadınlara hicab yığmaq olarmı?

    23.01.2015
Sual: 
salam aleykum.peygemberimiz.e.s.s. buyurubki qas alani ve aldiranlarin Allahin leneti olsun.sehf etmiremse.bu barede sehih hedis isterdim ve harda yazilib.2 ci sual.qadin salonunda isleyen ustaya momin bacilar ucun hicab yigmaq olarmi yoxsa gunahdirmi.bu baredede hedis varsa yazardiz insallah.
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin". (əl-Buxari "Libas", 84; Muslim "Libas", 120).
Mömin bacılar üçün hicab bağlamaq olar. Gözəllik salonunda işləməyə gəldikdə isə, orada Allahın haram buyurduğu şeylər edilirsə (qaş almaq, tatuaj etmək, naməhrəmlərin yanında cazibədarlığı artırmaq və s.), müsəlman qadının orada işləməkdən çəkinməsi lazımdır.

Teqlər: 
Paylaş: