Peyğəmbərimizin neçə xanımı olub və adlarını yaza bilərsinizmi?

    26.01.2015
Sual: 
Salam Aleykum, Rasulullah Sallallahu Aleyhi ve sellemin neçe zovcesi var idi? ve adların yazın in sAllah
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) 13 zövcəsi (xanımı, həyatyoldaşı) olub. Bunlardan 11 ilə yaşamış, 2-si ilə yaxınlıq etməmiş onları boşamışdır.
Zövcələrinin birincisi Xədicə bint Xuveyliddir. Rəsulullah onunla 25 yaşında ikən evləndi. O, ölüncəyə qədər başqa bir qadınla evlənmədi. Peyğəmbər buyurdu: "Zamanında dünya qadınlarının ən xeyirlisi İmranın qızı Məryəmdir. Bu ümmət qadılarının ən xeyirlisi (fəzilətlisi) də Xuveylidin qızı Xədicədir". (Muslim, 2430).
Peyğəmbər Hira mağarasında ikən yanına Cəbrayıl (Allahın ona salamı olsun) gəlmiş və belə demişdir: "Ya Rəsulallah! Bu Xədicədir. Sənə doğru gəlir. Yanında bir qab da vardır. Xədicə sənin yanına çatdıqda ona Allahdan və məndən salam de və ona söylə ki, Cənnətdə onu səsdən, gurultudan və məşəqqətdən uzaq daş-qaşlı bir saray gözləyir". (əl-Buxari; Muslim, 2432).

Sonra Sevda bint Zəm'a' (Allah ondan razı olsun) ilə evləndi. Evləndikdə 55 yaşı var idi. 

Sonra Məkkədə Əbu Bəkrin qızı Aişə ilə (Allah onlardan razı olsun) nigah bağladı. Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə 9 il 5 ay bir yerdə olmuşlar. Uca Allahın əmrinə əsasən, Peyğəmbərin zövcələri (Allah onlardan razı olsun) onun vəfatından sonra ömürlərinin sonuna qədər heç bir kimsə ilə evlənməmişlər. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ona buyurdu: "Ey Aişə! Cəbrayıl, sənə salam söyləyir". Aişə: "Va aleyhə-s-sələmu va rahmətullahi" (Allahın salamı və rəhməti onun üzərinə olsun) deyə cavab verdim". (Muslim, 2447).
"Ey Aişə! Sən üç gecə yuxumda mənə göstərildin. Sənin surətini mənə ipəkli bir parçada mələk gətirdi və: "Bu rəsmin sahibi sənin zövcəndir!" dedi. Nəhayət mən sənin üzünü açınca baxdım ki, o, surət sən idin". (Muslim, 2438). 
Aişə demişdir: "Mən heç bir qadın haqqında Xədicəyə qarşı qısqandığım dərəcədə qısqanc olmadım. Halbuki o, peyğəmbərin mənimlə evlənməsindən üç il əvvəl vəfat etmişdir və mən onu əsla görməmişdim. Ona qarşı olan qısqanclığımın səbəbi peyğəmbərin onun adını tez-tez xatırlamasına görə idi". (Muslim, 2432).

Hicrətdən 2 il sonra Ömər ibn əl-Xattabın qızı Həfsa ilə evləndi. Abdullah ibn Ömər deyir ki, (atam) Ömər, qızı Həfsanın dul qalmasını belə anladır: "Həfsanın yodaşı Hunəys ibn Xuzeyfə əs-Saxmi idi. Bədr döyüşündə aldığı yaradan Mədinədə ölür: "Ömər, Osman ibn Afvan ilə qarşılaşdım və qızım Həfsanı ona ərz edib dedim. İstəyirsən Həfsa binti Öməri sənə verim". O: "Mən bu haqda fikirləşıb sənə deyərəm" dedi. Mən bir neçə gün gözlədikdən sonra o, mənimlə görüşüb dedi: "Bu günlərdə evlənmək qərarına gəlməmişəm" dedi. (Bir müddətdən sonra) Əbu Bəkr əs-Siddiq ilə qarşılaşdım. Ona da: "İstəyirsən qızım Həfsa binti Öməri sənə nigahlayım" dedim. Əbu Bəkr heç bir söz deməyib susdu. Ona, Osmana qəzəb etdiyimdən də çox qəzəbləndim. Bir neçə gün də gözlədikdən sonra qızımı peyğəmbər ilə niğahladım. Sonra Əbu Bəkr məni görüb: "Yəqin Həfsanı mənə nigahlamaq istədikdə mənim cavab vermədiyimi görüb qəzəbləndin" dedi. Mən dedim: "Bəli". O: "Sənə cavab verməkdə mənə yalnız bir şey mane olurdu. O, da peyğəmbərin sənin qızınla nigah etmək istədiyini bildiyim üçün. Mən də peyğəmbərin sirrini ifşa edib aça bilmərəm. Əgər peyğəmbər onunla evlənməkdən imtina etsəydi, əlbəttə mən onunla evlənərdim" dedi. (əl-Buxari, 4005).

Sonra Rəsulullah, əsl adı Hind binti Əbi Umeyyə olan, Ummu Sələmə ilə evləndi. Ən son ölən zövcəsidir. Onunla evləndikdə dul idi və 6 uşağı da vardı.

Sonra Zeynəb binti Cəhş ilə evləndi ki, o da peyğəmbərin vəfatından sonra xanımlarından ən tez vəfat edənidir. Aişə rəvayət edir ki, peyğəmbərin zövcələrindən bəziləri: "Ey Allahın Rəsulu! Hansımız sənə daha tez qovuşacağıq" dedilər. Peyğəmbər: "Qolu ən uzun olanınız" - deyə buyurdu. Onlar da bir ölçü alıb qollarını ölçməyə başladılar. Ən uzun qolu olan Sevda binti Bilaharə oldu. (Başqa rəvayətdə: Zeynəb binti Cəhş idi). Onun qolunun uzunluğundan sözündəki məqsəd sədəqə imiş. Çünkü o, çox sədəqə verməyi sevərdi. İlk öncə ona qovuşan da elə o, oldu". (əl-Buxari: "Zəkat", 11; ən-Nəsəi: "Zəkat", 66-67).
Aişə deyir: "Dini baxımından Zeynəbdən daha xeyirli, Allahdan daha qorxan, daha doğru sözlü, əqrəbalıq bağlarına daha çox diqqət yetirən və daha çox sədəqə verən bir qadın görmədim".

Sonra Cuveyriyyə bint Harislə evləndi. Bu qadın kölə olur. Peyğəmbər onu azad edib alır.

Sonra əsl adı Ramlə olan Ummu Həbibə ilə evləndi. Əbu Sufyan ibn Hərbin qızı idi. Həbəşistana hicrət edənlərdən idi.

Sonra Xeybərin fəth edilməsindən sonra Nadir oğullarından Huyey ibn Ahtabın qızı Safiyyə ilə evləndi. Bu qadın Harun peyğəmbərin (aleyhis-sələm) sülaləsindən (nəslindən) idi.

Daha sonra Zeynəb bint Xuzeymə ilə evlənir. Evləndikdə dul idi və 60 yaşın içində idi.

Sonra Meymunə bint Hərislə evləndi. Peyğəmbərin ən son evləndiyi qadın budur. Həmçinin oxuyun: Rəsulullahın nəsli kimlər olub?

Teqlər: 
Paylaş: