"1 saat elm öyrənmək 60 il ibadətdən üstündür" sözü doğrudurmu və digər suallar

    28.01.2015
Kimdən: 
serxan h
Sual: 
salamun eleykum. 9 sualim var.1.bezi insanlardan esitmisem ki, 60 il ibadetdense 1 il elmle mesgul olmaq daha savabdir.bu ne qeder duzgundur bele bir hedis varmi? ISLAM dininde elm oyrenmeyin yeri ne qederdir?.2.meyxanaya qulaq asmaq haramdir? .3.valideyn NAMAZ qilmaga icaze vermese ne etmeli?.4.lehv ve gina nedir?.5.yeni il cekirmek haramdir?.6.elbeyaxa dava gunahmi?.7. valideyn haqqi ne qederdir?.8.kinoya baxmaq haramdir?.9. imamlarin adini zikr etmek dogrudurmu?
Cavab: 

Aleykum salam.

  1. Qeyd etdiyiniz hədis bu şəkildə rəvayət olunub: "Bir saat elm öyrənmək yetmiş (və ya altmış) illik ibadətdən (nafilə ibadətlərdən) daha üstündür". Əvvəla, bu hədisin səhih olub-olmaması alimlər arasında ixtilaflıdır, ikincisi isə burada vacib yox, nafilə (əlavə) ibadətlər nəzərdə tutulmuşdur. Gündə 5 dəfə namaz, Ramazan orucu və s. kimi ibadətlər isə elm öyrənib-öyrənməməyindən asılı olmayaraq hamıya vacibdir.
  2. Faydalı elm öyrənmək və insanlara öyrətmək savabı çox olan əməllərdəndir. Daha ətraflı: Məktəbə getmək, elm öyrənmək haqqında
  3. Meyxana haramdır, çünki meyxanalarda boş, faydasız şeirlər deyilir, musiqi alətlərindən istifadə olunur və s. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Şeir söz kimidir. Yaxşısı, yaxşı söz kimi, pisi də pis söz kimidir". (əl-Buxari "Ədəbu-l-Mufrad" kitabı, 865).
  4. Bu cavabı oxuyun: Namaz qılmaq üçün valideyndən icazə almaq vacibdirmi?  
  5. "Ləvh" ərəb mənşəli söz olub mənası "boş-boş", "oyun-oyuncaq" "aldadıcı" və s. deməkdir. Uca Allah buyurur: "İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri (ləhva-l-hədisi) satın alırlar". (Loğman, 6). "Ğina" həmçinin ərəb mənşəli söz olub mənası "zənginlik", həmçinin "nəğmə", "musiqi" və s. deməkdir.
  6. Bu cavabı oxuyun: Yeni ili keçirtmək olarmı? 
  7. Bu cavabı oxuyun: Boksla məşğul olmaq olarmı? ,  Kimisə döymək günahdırmı?
  8. Bu cavabı oxuyun: Valideynləri incitməyin günahı haqqında
  9. Kinolardan açıq-saçıq geyimlər və səhnələr, vaxt itkisi və digər şeylərə görə çəkinsəniz daha yaxşıdır. Əvəzində Peyğəmbərin (salləllahu aleyhi və səlləm), səhabələrin və onların ardıcıllarının həyatına aid dərslərə qulaq asmaq qat-qat maraqlı, təsirli və faydalıdır.
  10. Zikr ibadətdir və yalnız Allah üçün edilir. Daha ətraflı: Zikr nədir?
Teqlər: 
Paylaş: