Bibilərim və xalalarımın ailə qurmaq məqsədilə məni kimlərəsə göstərməsi günahdırmı?

    31.01.2015
Sual: 
Salam aleykum.Menim bibilerim,xalalarim xemishe meni kimese gorsedib "er" axtarirlar)))men xemishe gorxuram tanimadxim adamlardan xecneden tanish olmaga.voobshe bu goxumlarim etdiyi gunax sayilir?Yani ortani duzeltmek...Allah razi olsun sizden)
Cavab: 

Aleykum salam. Əgər onlar sizin ailə həyatı qurmanız üçün vasitəçilik edirlərsə, bu yaxşı haldır və xeyirə vasitəçilikdən sayılır. Uca Allah buyurur: "(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!" (ən-Nur, 32).
"... Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Məidə, 2).

Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub: "Xeyirli bir işə rəhbərlik edən (və ya vasitəçi olan) o xeyirli işi görənlər qədər savab qazanar". (Muslim, İməra).
Tanışlıq və söhbət isə yalnız məhrəmlərin iştirak etdiyi (onların sizi gördüyü) yerdə olmalıdır.

Teqlər: 
Paylaş: