Qapı döyüləndə namazı yarımçıq saxlayıram, qəza namazı qılmalıyammı?

    03.02.2015
Sual: 
Salam.men namaz qılarkən bəzən evdə tək oluram. Qapı döyüləndə ailəm gələndə məcbur namazı yarı qoymalı oluram.sonra dərhal həmin namazın qəzasını qılıram. Həmin vaxt namazım qəza olurmu və qezadirsa mən azan deməliyəmmi?
Cavab: 

Aleykum salam. Namazı yalnız təhlükə, təbii qorxu, fəlakət və digər hallarda yarımçıq saxlamaq olar. Kimsə çağırdıqda, qapı döyüldükdə və buna bənzər hallarda isə namaza davam etmək lazımdır. Belə hal baş verdikdə, namaz qılan kişidirsə, "subhənəllah" deməklə, qadın isə əllərini bir-birinə çırpmaqla namaz qıldığını bildirir. Həmçinin qapıya yaxın bir yerdə namaz qılın ki, sizi eşitsinlər.
Üzrlü səbəbdən namazdan çıxaraq yenidən namaza qayıtmaq qəza sayılmır. Qəza yalnız namazın vaxtının çıxdığı hala aiddir. Həmçinin oxuyun:
Hansı hallarda namazları qəzaya saxlamaq olar?

Teqlər: 
Paylaş: