Allah niyə uzun müddət gözlədi, sonra Quranı göndərdi?

    03.02.2015
Sual: 
Niye Allah 98000 il gozledi,son 2500 ilde Quran meydana cixdi?
Cavab: 

Salam aleykum. Bu rəqəmləri haradan götürdüyünüzü bilmirik, çünki onlar doğru deyil. İlk insanın yaranma tarixi dəqiq məlum deyil, Quran isə 1400 il bundan əvvəl nazil edilmişdir. Ümumiyyətlə Allah haqqında bu cür suallar vermək bəyənilmir. Uca Allah buyurur: "(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər". (əl-Ənbiya, 23).
Quranın gec göndərilməsinin səbəblərindən biri budur ki, ona qədər Uca Allah peyğəmbərlər (Allahın onlara salamı olsun) göndərirdi, onlar da insanlara dini təbliğ edirdilər. Son peyğəmbər Muhəmməddən (salləllahu aleyhi və səlləm) sonra peyğəmbərlərin (Allahın onlara salamı olsun) göndərilməsi dayandırıldı, əvəzində isə insanların doğru yolu tapa bilməsi üçün qorunub saxlanan və heç kimin dəyişdirə bilməyəcəyi Quran kitabı göndərildi. Uca Allah buyurur: "Lakin o (Məhəmməd), Allahın Elçisi və peyğəmbərlərin so­nuncusu­dur". (əl-Əhzab, 40).
"Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq". (əl-Hicr, 9).
"Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq (Allah) tə­rə­findən nazil edilmişdir". (Fussilət, 42).

Teqlər: 
Paylaş: