Allahdan başqasına and içmək haramdırsa, Allah özü Quranda digər şeylərə niyə and içir?

    12.02.2015
Sual: 
Salam aleykum. Qurani kerimde Allahu teala encire,zeytuna vəs. And içir. biz də onlara and içsək olar?Əgər olmazsa səbəbi nədi? Amma mən eşitmişdim ki, Allahdan başqasına and içmək olmaz. Allah razı olsun. Haqqınızı halal edin
Cavab: 

Aleykum salam. Bəli, Uca Allah Quranda yaratdığı şeylərə and içir, çünki Allah yaratdıqlarından istədiyinə and içə bilər. Uca Allah and içdiyi yaratdıqlarında bir hikmət var və Uca Allah bu yaradılan məxluqlara and imçəklə qullarının diqqətini ona yönəldir. İnsanlara gəlincə isə onlara Allahdan başqasına and içmək qadağandır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Allahdan başqasına and içən şirk etmişdir". (İmam Əhməd). Daha ətraflı: Allahdan qeyrisinə and içmək günahdırmı?

Teqlər: 
Paylaş: