Günaşırı oruc tutmaq, niyyət etmək və digər şeylər haqqında suallar

    21.02.2015
Kimdən: 
yegane
Sual: 
selam aleykum.necesiz Insallah ALLAH in iznile yaxsi olarsiz! sualim: 1) men orucu gun asiri ve ya 2_3 gunden bir tuturam.yeni arada 2_3 gun buraxiram.bele etmeyim gunah olmazki? 1 ay tuta bilmirem,gucum catmir.2) oruc tutduqda niyyet ne zaman edilmelidir? 3) 1 ay oruc tutan bayram edir.bu dogrudurmu? 4) iftari vaxtinda acmaq vacibdir?namaz iftarin vaxtina dusur namazi qilib sonra iftari acmaq olarmi?
Cavab: 

Aleykum salam.

  1. Bu şəkildə tutmağınız günah deyil.
  2. Cavabı buradan oxuyun: Niyyət etmək bidətdirmi?
  3. Bayram yalnız Ramazan ayının sonunda edilir. Digər vaxtlarda oruca görə bayram edilmir
  4. İftarı vaxtında açmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Biz peyğəmbərlər toplumu Rəbbimiz tərəfindən üç şeyə əmr olunduq. Namazda sağ əlimizi sol əlimizin üstünə qoymaqla sinəmizin üzərində bağlı tutmaq, oruc tutduğumuz zaman sahuru (səhər yeməyini) gecikdirməyə və iftar açdığımız zaman tələsməyə". (əd-Dəraqutni və başqaları). Həmçinin oxuyun: İftar vaxtı girdikdə əvvəl yemək yemək, yoxsa namaz qılmaq lazımdır?
Teqlər: 
Paylaş: