1629 və 1941-ci illərdə Kəbəni su basdıqda, Allah niyə öz evini qorumadı?

    19.02.2015
Kimdən: 
Nicat
Sual: 
Salam aleykum.Çox sağolun ki,sualları səbrlə cavablandırırsınız.Allah elminizə bərəkət versin.Mənim 2 oxşar sualım var.1-ci sualım budur ki,1629 və 1941-ci illərdə Kəbəni su basmışdı.1629-cu il sel hadisəsində Kəbə yenidən tikilmişdi.İnsanlar bu 2 hadisədə də çətinliklə,suda üzərək həcc ziyarətini yerinə yetirmişdilər.Sualım odur ki,Allah o vaxt niyə öz evi sayılan kəbəni qorumamışdı?Halbuki başqa ibadət olunan yerlərə baxsaq,məsələn Misir piramidaları,Artemis tapınağı və başqa ibadətgah yerləri neçə əsrdir ki,sağ-salamat qalıb.Allah niyə onları dağıtmır da öz evi sayılan kəbəni qorumur? 2-ci sualım isə 1-ci sualıma oxşuyur.Tarixin bilmirəm amma bir dəfə Banqladeşdə bir məscidə ildırım düşmüşdü.Bunun nəticəsində 10 nəfər ölmüş,20 nəfər isə yaralanmışdı.Yəni yenə demək istəyirəm ki,niyə Allah o qədər kafir varkən onları vurmur,doğru yolda olanları vurur? Bunun hikməti nədir?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "(Allah) gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün bəndələr) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəklər". (əl-Ənbiyə, 23).
"Qorumaq" sözünü düzgün başa düşmək lazımdır. Kəbə bugünə qədər yerindədirsə, insanlar hər il həcc edirlərsə, deməli Allah kəbəni qoruyur.
İldırım kimi təbii fəlakətlər isə həm kafirlərin, həm də müsəlmanların başına gəlir. Müsəlmanların başına gələn müsibətlərdə günahların kəffarəsi, imtahan və bilmədiyimiz çox hikmətlər ola bilər.
Həmçinin oxuyun: Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? (əl-Fil surəsi)

Teqlər: 
Paylaş: