Axirətdə Cənnət və Cəhənnəmdən başqa bir yer olacaqmı?

    25.02.2015
Sual: 
Salam aleykum. O dunyada cənnət və cəhənnəmdən başqa birşey olacağ, yəni nə o tərəflik nə də bu tərəflik insanlar olacağ?? Onlar harda olacag?
Cavab: 

Aleykum salam. Uca Allah buyurur:
"Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!

O kəslərə ki, insanları Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır və axirəti inkar edirdilər".

Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: "Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər.

Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: "Ey Rəbbimiz, bizi zalımlara tay tutma!"

Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: "Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi".

"Allah onlara mərhəmət nəsib etməyəcəkdir"– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?" Sədd əhlinə deyiləcəkdir: "Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz".

Od sakinləri Cənnət əhlini səsləyib deyəcəklər: "Bizim üstümüzə bir az su və ya Allahın sizə verdiyi ruzidən tökün". Onlar isə deyəcəklər: "Allah bunları kafirlərə haram etmişdir" (əl-Əraf, 44-50)

Teqlər: 
Paylaş: