Zina etmiş qadının daşqalaq edilərək öldürülməsi hədisi doğrudurmu?

    05.03.2015
Sual: 
Salam aleykum. Peyğəmbərimizin zina etmiş sonra da tövbe etmiş qadını daşladarağ öldürməsi hədisi doğrudur? bizim peyğəmbərimiz axı cox rəhmli olub. Bu hədisi haqda dəqiq məlumat var?
Cavab: 

Aleykum salam. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) zina edənlərin daşqalaq olunması əmri çox vaxt düzgün başa düşülmür. Qurani kərimdə Uca Allah buyurur ki, kimisə zinada ittiham etmək üçün 4 şahid tələb olunur, bu isə demək olar ki, mümkün deyil: "İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir". (ən-Nur, 4).
Daşqalaq olunma yalnız həmin qadının özünün bunu etiraf edərək günahlardan təmizlənmək istədiyi halda baş vermişdir, çünki bu, zinanın kəffarəsidir və zinakar bu yolla axirət əzabından xilas olur. Bu, Uca Allah tərəfindən bir mərhəmətdir. Süleyman ibn Bureydə atasından (Allah onlardan razı olsun) rəvayət edir ki, əl-Əzd tayfasının əl-Ğamid ailəsinən olan bir qadın Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Allahın elçisi, məni paklığa çıxart. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Vay sənin halına, qayıt Allaha tövbə et, bağışlanma dilə". Qadın dedi: Görürəm ki, məni də Məiz kimi başından etmək istəyirsən? Peyğəmbər (salləllahu aleyhi və səlləm), nə üçün? - deyə soruşdu? Qadın dedi: O, zinadan hamilə qalıb. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Sən? Qadın dedi: Bəli. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: "Get bətnindəkindən azad olandan sonra". Sonra ənsarlardan olan bir kişi onu öz himayəsinə götürdü və nəhayət uşağı oldu. Həmin kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: Ğamidiyyəli qadın uşağını doğdu. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Elə isə biz onu daşqalaq edib, uşağını körpə və süd anasız qoya bilmərik". Bu zaman ənsarlardan bir nəfər qalxıb dedi: Ey Allahın Elçisi, uşağın süd anası mənlikdir. Bundan sonra onu daşqalaq etdi". (Müxtəsər Səhih Muslim: № 1039. Muslim: 3/1321/№ 1695). Rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu qadın haqqında demişdir: "onun tövbəsi sizdən yetmiş nəfərə bəs edərdi".

Paylaş: