Namaza başlamaq istəyirəm, namaz qılana nələr qadağandır?

    17.03.2015
Kimdən: 
Deniz
Sual: 
salam men yeni namaz'a başlayacam,bawlamamazdan once neler qadagındır oyrenmek isteyirem zehmet deyilse namaz qilan insana neler olmaz yazardınız...sagolun
Cavab: 

Aleykum  salam. Sizi namaz qılmağa müvəffəq edən Allaha həmd olsun! Allaha dua edirik ki, hər zaman onun dinini yaşamağa, onun əmr və qadağalarını öyrənməyə belə həvəsli olasınız. Əslində "namaz qılana filan şey qadağandır" fikri düzgün deyil. Belə çıxır ki, namaz qılmayana həmin əməl icazəlidir? Əlbəttə ki, yox, Allah günahları hamıya qadağan edib. Namaz qılmamaq özü isə ən böyük günahlardandır. Namaz həmçinin insanı digər günahlardan qoruyur. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).
Çoxları elə bilir ki, namaza başlamaq üçün əvvəlcə bütün günahlardan çəkinmək lazımdır. Bu səhvdir, çünki ayədən göründüyü kimi, Uca Allah bizə əvvəlcə namaza başlamağı və namaz vasitəsilə günahlardan çəkinməyi buyurmuşdur. Namazı bu videoya baxaraq öyrənə bilərsiniz: Namaz qılmaq qaydası - VİDEO
Günahlara misal olaraq isə, adam öldürmək, intihar, cadu, faiz yemək, oğurluq, zina (ailədən kənar cinsi əlaqə), içki içmək, qumar, valideynlərə asi olmaq, qohumluq əlaqələrini kəsmək, ailənin haqqını verməmək, yalan danışmaq, qeybət etmək, başqasının haqqına girmək, zorla malını almaq, çox lənət etmək, qadının ərinə itaətsizliyi, səhabələri söymək və s. göstərmək olar.

Teqlər: 
Paylaş: