Sərxoş insanla görüşmək günahdırmı və digər suallar
Sual: 
salam aleykum.1 ickili bir wexsle goruwsek gunahdirmi?2 spirti iylemek olarmi? 3 namaz vaxtlarinin weherler arasindaki ferqi yazardiz.4 neye gore bu ferq weherler arasinda bakidan sonraki vaxtlara tesaduf edir?5 tekbir dedik de elleri ciyinlere qeder qaldirmaq olarmi(hedisden yazin)?
Cavab: 
Aleykum salam.
- Sərxoş insanla görüşmək nə savab, nə də günah deyil. Ancaq sərxoş insan ilk olaraq salam verərsə, bu zaman hədisə görə salamı almaq vacibdir.
 - Spirti iyləməkdə günah yoxdur
 - İnşallah, gələcəkdə saytımızda digər şəhərlər üçün də namaz vaxtları yerləşdiriləcək.
 - Digər şəhərlərdə namaz vaxtlarının Bakıya nisbətən gec olmasının səbəbi onların Bakıya nisbətən qərbdə yerləşməsinə görədir
 - Təkbir edərkən əllər çiniylər, qulaqlar və ya onların arasındakı səviyyədə qaldırılır. Daha ətraflı: Namaz qılmaq qaydası - VİDEO