Cümə namazında imam xütbəyə başlayarkən oxuduğu duaları yaza bilərsinizmi?

    07.04.2015
Kimdən: 
Menden
Sual: 
Salam Alekum cume Namazi nda imam mimbere qalxib dualar oxuyura yeni xutbeye baslayanda olan duaları yazardizda Allah sizden razi olsun
Cavab: 

Aleykum salam. Bu dua "xutbətu-l-hacəh" adlanır. Dua tam olaraq aşağıdakı kimidir:
"İnnə-l-həmdə lilləəh, nəhməduhuu va nəstəi'inuhu va nəstağ'firuh, Va nəuuzu billəəhi min şuruuri ənfusinəə va min seyyiəəti ə'məəlinəə, Mən yəhdihilləəhu fələə mudillə ləhuu va mən yudlil fələə həədiyə ləh, Va əşhədu əl ləə iləəhə illəllaahu vah'dəhuu ləə şəriikə ləh, Va əşhədu ənnə Muhəmmədən abduhuu va Rasuuluh".

(Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir).

"Yəə əyyuhə-l-ləziinə əəmənu-t-təqullaahə həqqa tuqaatihi va ləə təmuutunnə illəə va əntum muslimuun".
"Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!" (Ali İmran, 102).

"Yəə əyyuhə-n-nəəsu-t-təquu Rabbəkumu-l-ləzii xaləqakum min nəfsin vaahidəh va xaləqa minhəə zovcəhəə va bəssə minhuməə ricəələn kəsiiran va nisəəə-ə, Va-t-təqullaahə-l-ləzii təsəə-əluunə bihii va-l-ərhəəm, İnnə-llaahə kəənə aleykum raqiibəə".
"Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir". (ən-Nisa, 1).

"Yəə əyyuhə-l-ləziinə əəmənuu-t-təqullaahə va quuluu qavlən sədiidə, yuslih' ləkum ə'məələkum, va yağfir ləkum zunuubəkum, va mən yutıi'lləəhə va Rasuuləhuu, fəqad' fəəzə fovzən aziiməə".
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz danışın ki, O, əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Elçisinə itaət etsə, böyük bir uğur qazanar". (əl-Əhzab, 70-71).

Ammə bə'd:
(Daha sonra):
"Fə innə asdəqa-l-hədiisi kəlamullaah, va xayra-l-həd'yi, həd'yu Muhəmmədin (salləllahu aleyhi va səlləm) va şərra-l-umuuri muh'dəsəətuhəə, va kulli muh'dəsətin bid'ah, va kullə bid'atin daləələh, va kullə daləələtin fi-n-nar!"
(Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin (sallallahu aleyhi və səlləm) yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə Cəhənnəm odundadır).
 

Əa'azənə-llaahu va iyyəəkum minhəə - Allah bizi ondan qorusun va sizin də ona arapan yollardan qorunmanızı diləyirəm!

"XUT'BƏTU-L-HACƏTİ" adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə peyğəmbər (salləllahu aleyhi və səlləm) oxumuşdu, səhabələrinə (Allah onlardan razı olsun) də bunu əmr etmiş və özü də onları öyətmişdir. (İmam Əhməd, 1/392-393,432; Əbu Davud, 2188; ət-Tirmizi, 1105; ən-Nəsai, 3/104-105, 6/69 və başqaları).

Teqlər: 
Paylaş: