Zəkatdan imtina edənin hökmü

    12.03.2015

Zəkat, İslam ümmətinin yekdilliklə qəbul etdiyi vacib əməllərdəndir. O, geniş vüsət alıb dinin lazımlı əməllərindən və onun vacibliyini inkar edən isə İslamdan çıxmış sayılır və kafir kimi ölür. Yalnız, İslamda yeni olan insan şəriət hökmləri barəsində cahilliyinə görə üzrlü sayılır.
Zəkatın vacibliyini etiqad edib onu verməkdən imtina edərsə, buna görə günah qazanar, lakin dindən çıxmaz. Belə halda rəhbər ondan, zəkatı və əlavə cəza olaraq malının yarısını məcbur almalıdır. Bunun sübutu Bəhz ibn Həkimin rəvayətidir. O atasından, atası da babasından rəvayət edir ki, o, Peyğəmbərin belə dediyi eşitmişdir: «Çöldən qidalanan qırx dəvəyə görə ikiyaşlı dişi dəvə (zəkat) verilir. Hesablamada dəvələr arasında (köklüyünə və ya arıqlığına, kiçikliyinə və ya böyüklüyünə görə) fərq qoyulmur. Kim zəkatını savab qazanmaq üçün verərsə, savabına yetişər. Kim zəkatı verməkdən imtina edərsə, Allahın haqqlarından biri olaraq, biz ondan zəkatı və üstəlik malının yarısını alarıq. Bu maldan, Məhəmmədin ailəsinə heç nə halal deyil»[1].
Zəkatın vacibliyini etiqad edib onu verməkdən imtina edənlər qüvvə ilə müqavimət göstərərlərsə, zəkatı verənə qədər (müsəlman rəhbər tərəfindən) onlara qarşı döyüşülməlidir. Demək, Peyğəmbər (S.A.V.) buyurur: «İnsanlar lə iləhə illəllah Muhəmmədən rəsuləllah kəlməsinə şəhadət verməyib, namaz qılmayıb, zəkat verməyincəyə qədər onlara qarşı döyüşmək mənə əmr olundu. Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla, canlarını və mallarını qorumuş olarlar. Onların haqq-hesabları isə Allah dərgahındadır»[2].
 
Əbu Hureyrə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) vəfat etdikdən sonra Əbu Bəkr xəlifə olanda ərəblərin bir hissəsi kafir olmuşdular. (Əbu Bəkr onlara qarşı döyüşə hazırlaşanda) Ömər dedi: "İnsanlarla hansı əsasa görə döyüşürsən?" Axı Peyğəmbər (S.A.V.) buyurub: "İnsanlar: Lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsini - deyənə qədər onlarla vuruşmaq mənə əmr edilmişdir! Əgər bu kəlməni desələr, haqlı anlar istisna olmaqla, öz qanlarını və mallarını qorumuş olarlar. Onların haqq-hesabları isə Allah dərgahındadır».
Cavabında, Əbu Bəkr deyir: Allaha and olsun, zəkatı namazdan ayıranlara qarşı döyüşəcəyəm. Zəkat malın haqqıdır. Əgər onlar Peyğəmbərə (S.A.V.) ödədikləri dəvə çidarını mənə ödəməkdən imtina etsələr mən buna görə onlarla döyüşərəm. Ömər (A.R.O.) deyir: Bundan sonra mən gördüm ki, Allah, Əbu Bəkrin (A.R.O.) köksünü cihad üçün genişlətmişdir. Nəhayət mən onun haqq olduğu dərk etdim![3].

 
[1] Hədis həsəndir. Səhih Sünən ibn Macə: № 4265. Əbu Davud: 4/ 452/ № 1560. Nəsai: 5/ 25. Əhməd: 8/ 217/ 28.
[2]  Buxari: 1/ 75/ № 25. Müslim: 1/53/ № 22.
[3] Buxari: 3/ 626/ № 1399-1400. Müslim: 1/ 51/ № 20. Əbu Davud: 4/ 414/ № 1541. Nəsai: 5/ 14. Tirmizi: 4/ 117/ № 2734.