Camaat namazının niyyəti necə olur?

    15.01.2014
Sual: 
Salamlar. Oyrenmek isterdim ki, camaat namazinin niyyeti nece edilir? Qabaqcadan tesekkurler.
Cavab: 

Aleykum salam. Ümumiyyətlə müsəlman bir kəsin ibadətləri və digər Uca Allahın buyurduğu əməlləri ixlas, səmimiyyət və doğru-dürüst bir niyyətlə yetirməsi islamda vacib şərtlərdən biridir. İslamın ikinci raşidi xəlifəsi Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişəm: "Doğrudan da əməllər niyyətlərə görədir. Hər kəs etdiyi niyyətin savabına nail olacaqdır". (əl-Buxari və Muslim).
Bütün namazlara şamil olunan niyyət eləcə də,camaat namazına şamil olunur. Sadəcə islama görə niyyətin yeri qəlbdir və onu dil ilə tələffüz etmək dində sonradan meydana gəlmiş bir yenilikdir. Yəni dində olmayan bir şeyi sonradan dinə əlavə etmək.
Aişə (Allah ondan razı olsun) Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə etdiyi rədd olunar".  Digər rəvayətdə isə deyilir: "Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar". (əl-Buxari və Muslim).

Teqlər: 
Paylaş: